QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Türkiyənin seysmik tədqiqat gəmisi “Oruc rəis” Pakistanın Kəraçi limanına gəlib. Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin bildirdiyinə görə, gəmi sahildən təxminən 120 kilometr məsafədə yerləşən “İndus-C” blokunda fəaliyyətə başlayır.
Pakistanla strateji tərəfdaşlıq çərçivəsində aparılacaq işlər zamanı 670 kvadratkilometr sahədən 3D seysmik məlumatlar toplanacaq. Təxminən iki ay davam edəcəyi gözlənilən tədqiqatın məqsədi gələn il qazma işlərinə başlamaq üçün zəmin hazırlamaqdır.