QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Pakistanın tanınmış telexəbər aparıcısı Rabiyə Əhsən Ravalpindi şəhərindəki evində ölü aşkarlanıb.
41 yaşlı aparıcının cəsədini qohumları yataq otağında tapıblar. O, güllə yaraları nəticəsində həyatını itirib.
Hadisə yerində qadının həyat yoldaşı, əlində tapança ilə dayanıb. Polisə silahın dolu olduğundan xəbərsiz olduğunu və arvadını bilmədən vurduğunu söyləyən kişi hazırda nəzarətə götürülüb.
Cütlük 16 il əvvəl ailə qurub. Onların 13 və 11 yaşlarında iki qızı var.