QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla İran Prezidenti Məsud Pezeşkian Antalyada görüşüblər.

Danışıqlarda siyasi, iqtisadi, ticari və regional istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək üçün mövcud imkanlardan yararlanmağın vacibliyi qeyd olunub.

Tərəflər qarşılıqlı hörmət, mehriban qonşuluq və ortaq maraqlar əsasında əlaqələri inkişaf etdirmək niyyətini ifadə ediblər. Ticarət dövriyyəsinin artırılması, iqtisadi əməkdaşlığın asanlaşdırılması, özəl sektorlar arasında təmasların möhkəmləndirilməsi və digər əməkdaşlıq imkanlarının dəyərləndirilməsi Ankara ilə Tehran arasındakı münasibətlərin gələcəyi baxımından önəmli istiqamətlər kimi göstərilib.

Görüşdə region ölkələrinin təhlükəsizliyini, sabitliyini və davamlı inkişafını dəstəkləmək üçün ortaq məsuliyyətə də toxunulub. Ümumi çağırışlara qarşı mübarizədə əməkdaşlıq və yaxınlaşmaya əsaslanan yanaşmaların zəruriliyi vurğulanıb.