QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsinin rəsmi startının noyabrın 22-də elan olunacağını bildirib.

Paşinyan bu barədə “Digitec 2026” konfransında keçirilən müzakirə zamanı danışıb. “Sabah rəsmi olaraq TRIPP layihəsinin başladığını elan edəcəyik”, - deyə o bildirib.

Baş nazirin sözlərinə görə, elektrik enerjisinin tranziti layihənin əsas komponentlərindəndir. O, Ermənistanın elektrik şəbəkələrini Türkiyə və Azərbaycanla birləşdirməyi planlaşdırdığını da qeyd edib.