QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Şəmkir Rayon Statistika İdarəsinin rəisi Şikar Həsənov vəfat edib.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunub ki, Həsənov uzun illər dövlət qulluğunda səmərəli çalışıb. O, Yeni Azərbaycan Partiyasının üzvü kimi rayonun ictimai-siyasi həyatında da fəallıq göstərib.