QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Polşanın “Katovitse” klubu “Neftçi”də çıxış edən Rüfət Abbasovu transfer etməyi planlaşdırır. 21 yaşlı müdafiəçi qış transfer dövründə komandaya cəlb edilə biləcək oyunçular sırasına daxil edilib.
Polşa təmsilçisi futbolçuya üç il müddətinə müqavilə təklif edib.
Sol cinah müdafiəçisi mövsümün əvvəlində “Şamaxı”dan “Neftçi”yə keçib. Abbasov paytaxt klubunda 14 matçda meydana çıxaraq bir qol vurub və yeddi məhsuldar ötürmə edib. Onun “Neftçi” ilə sözləşməsi 2029-cu il iyunun 30-dək qüvvədə qalır.
“Transfermarkt” portalı 21 yaşlı futbolçunun bazar dəyərini 1,2 milyon avro göstərir. Rüfət Abbasov Azərbaycan millisində yeddi oyun keçirib.