QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Qusar rayonunun Həzrə və Qaratoba kəndlərində modul tipli məktəb binaları inşa ediləcək.

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi layihə ilə bağlı satınalma elan edib. Hər kənddə 90 şagird üçün nəzərdə tutulan məktəb binasının tikintisi planlaşdırılır.

Modul məktəblərin kəndlərdə qurulması təhsil müəssisələrinin infrastrukturunun yenilənməsinə, şagirdlərin təhsil imkanlarına çıxışının genişlənməsinə və tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edir.