QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, türkiyəli müğənni Hadise səhnə çıxışı deyil, makiyajsız görüntüləri və estetik prosedurlar barədə danışdıqları ilə diqqət mərkəzinə düşüb.
40 yaşlı sənətçi Türkmənistanda planlaşdırılan konsertindən əvvəl qaldığı otel otağında çəkiliş edib və hazırlaşma prosesini izləyiciləri ilə bölüşüb.
Üzündə nəmləndirici vasitədən başqa makiyaj olmayan Hadisenin görüntüsündə kiçik göyərmə görünüb. Müğənni izin dolğudan deyil, mezoterapiya prosedurundan sonra əmələ gəldiyini deyib. O, prosedur zamanı müəyyən qədər ağrı hiss etdiyini də bildirib.
Hadise dəriyə qulluq və gözəllik vərdişləri haqqında danışarkən dolğu etdirməyi sevmədiyini, mezoterapiya və somon tətbiqlərinə üstünlük verdiyini qeyd edib.
Sənətçi botoksdan istifadə etdiyini də təsdiqləyib və bu prosedura müraciət etmədiyini söyləməyin doğru olmayacağını vurğulayıb.