QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Polşanın “Rakuv” klubu “Sabah”ın müdafiəçisi Rəhman Daşdəmirovu transfer etməyi nəzərdən keçirir. 27 yaşlı azərbaycanlı futbolçu klubun diqqətini çəkib.

Sol ayaqla oynayan mərkəz müdafiəçisinin “Sabah”la müqaviləsi cari mövsümün sonunda başa çatır. Azərbaycan millisində 14 matça çıxan Daşdəmirov bu mövsüm komandasının əsas heyətində müntəzəm oynayır.

Futbolçu 2023-cü ilin iyulunda “Sabah”a qoşulub. “Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, onun bazar dəyəri 500 min avrodur.

“Rakuv”da Azərbaycan millisinin digər üzvü Mahir Emreli də forma geyinir. Hazırda “Bursaspor”da çıxış edən Toral Bayramov da Polşa klubunun maraq dairəsindədir.