QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Alanyaspor Baku” və “Lion” klublarının müraciətləri üzrə qərar verib. Hər iki apellyasiya şikayəti qismən təmin olunub.

“Alanyaspor Baku”nun U-13 heyətində yer alan Cəbrayıl Hüseynovun üç oyunluq cəzası iki matça endirilib. O, “Step FK” ilə görüşün 40-cı dəqiqəsində təcavüzkar davranış göstərdiyinə görə qırmızı vərəqə almışdı.

“Lion”un gənclər komandasında çıxış edən Həsən Hüseynovla bağlı altı oyunluq cəza və kluba tətbiq edilmiş 1200 manat cərimə barədə əvvəlki qərar qüvvədən düşüb. Məsələyə yenidən baxılması üçün iş AFFA İntizam Komitəsinə qaytarılıb.

Həsən Hüseynov “Turan Tovuz”la oyunun 80-ci dəqiqəsində rəqib qapıçısını təhqir etdiyinə görə meydandan qovulmuşdu.

Klublar bu qərarlardan Lozannada fəaliyyət göstərən İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilərlər.