QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Ukraynaya qarşı Rusiya ordusunun tərkibində vuruşan və həlak olan əcnəbilərin sayı 11 mini ötüb.
2022-ci ildə qeydə alınan ölüm halları təxminən 630 nəfər olduğu halda, 2025-ci ildə bu göstərici 5 500-dən çox olub.
Həlak olanların təqribən 3 700-ü Ukrayna vətəndaşı və ya bu ölkədə doğulmuş şəxslərdir. 6 mindən bir qədər artıq insan isə Rusiya ərazisindən kənarda anadan olsa da, öldüyü zaman Rusiya vətəndaşlığı daşıyıb.
Araşdırmada Rusiya tərəfinin döyüşlərə cəlb etdiyi bildirilən Şimali Koreya hərbçilərinin itkiləri barədə məlumat yer almayıb.