QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin və hərbi-sənaye kompleksinin yüksəkvəzifəli rəsmilərinin, eləcə də xarici nümayəndələrin toplandığı məkana zərbə endirib.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, əməliyyatda operativ-taktiki aviasiya, zərbə PUA-ları, raket və artilleriya qoşunlarından istifadə olunub.
Nazirliyin məlumatına görə, Ukraynanın ehtiyacları üçün istifadə edilən enerji və nəqliyyat infrastrukturu obyektləri, pilotsuz uçuş aparatları və pilotsuz katerlərin istehsal və saxlanc məntəqələri, hərbi aerodromlar, habelə hərbi birləşmələrin 148 rayondakı müvəqqəti dislokasiya yerləri hədəfə alınıb. Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin və hərbi-sənaye kompleksinin yüksəkvəzifəli rəsmiləri ilə xarici ölkələrin təmsilçilərinin müşavirə keçirdiyi məkanın vurulduğu qeyd edilib.