QafqazNews Lenta.ru-a istinadən xəbər verir ki, Rusiya və Gürcüstan əvvəl kəsilmiş əlaqələri xüsusi nümayəndələr səviyyəsində bərpa ediblər.

Rusiya Xarici İşlər Nazirliyindən "İzvestiyam"a bildirilib ki, Moskva artıq Gürcüstanın Rusiya ilə əlaqələr üzrə baş nazirin xüsusi nümayəndəsi təyin edilmiş Georgi Zurabaşvili ilə əlaqə saxlayıb.

Nazirlik vurğulayıb ki, Rusiya praktik və qarşılıqlı faydalı münasibətlər qurulmasının tərəfdarıdır.

Moskvanın danışıqlarçısı kimi Rusiya XİN-in müavini Mixail Qaluzin təyin edilib. Nazirlik yeni formatı 2012-ci ildə başlanmış birbaşa kommunikasiya sisteminə qayıdış və dialoqun bərpası kimi qiymətləndirib.

Əvvəllər Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirmişdi ki, Rusiya ilə münaqişənin həlli və ticarət-iqtisadi əlaqələrin qurulması Gürcüstan üçün əsas prioritetlərdəndir. Həmçinin hakim "Gürcü Arzusu" partiyasından siyasətçilər dəfələrlə bildirib ki, Gürcüstan Avropa İttifaqının təzyiqinə baxmayaraq Rusiyaya qarşı "ikinci iqtisadi cəbhə" açmayacaq.

Mart 2024-cü ildən bu yana Rusiya ilə tənzimləmə məsələləri üzrə xüsusi nümayəndə vəzifəsini Georgi Kadjaia tuturdu. Avqustda Kobaxidze Kadjaianın başqa sahəyə keçdiyini və xüsusi nümayəndə postunun boş olduğunu söyləmişdi. Həmçinin Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin sədri Qriqori Karasin əvvəlki gürcü həmkarı ilə əlaqə saxlamadığını, lakin rusiyalı tərəfin dialoqa hazır olduğunu qeyd etmişdi.