QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, “Sabah” – “Barselona” matçında həyatını itirən rusiyalı azarkeşin şirkət rəhbəri olduğu məlum olub.

39 yaşlı Anton Aleksandroviç Petrişşev UEFA Çempionlar Liqasının oyununu izləmək üçün Azərbaycana gəlib. Görüş zamanı özünü pis hiss edən azarkeş huşunu itirərək tribunada yıxılıb. Ətrafdakıların çağırışından sonra həkimlər hadisə yerinə gəlsələr də, onun həyatını xilas edə bilməyiblər. İlkin ehtimala əsasən, ölüm ürək çatışmazlığı ilə əlaqələndirilir.

Petrişşev Krasnoyarsk diyarının İqarka şəhərindəndir, lakin son bir neçə ildə Moskvada yaşayıb. O, layihələndirmə və tikinti şirkətinin baş direktoru kimi çalışıb, eyni zamanda daşınmaz əmlakını icarəyə verib.

İki övladı olan Anton tez-tez Maldiv adalarında istirahət edirmiş. O, əsasən “Lokomotiv Moskva”nı dəstəkləyib. Petrişşev ölümündən bir neçə gün əvvəl, noyabrın 23-də 39 yaşını qeyd edib.