QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, “Şəfa” futbol klubunda ötən gün toplantı keçirilib. İclasda klub rəhbərliyi ilə baş məşqçi Zaur Həşimov iştirak edib.

Görüşdə komandanın cari mövsümdəki çıxışı və qeyri-sabit nəticələri nəzərdən keçirilib. Mövcud vəziyyətə baxmayaraq, rəhbərlik Həşimovla əməkdaşlığın davam etdirilməsinə qərar verib. Klub rəhbərliyi baş məşqçiyə etimadını ifadə edərək, bundan sonra da ona lazımi dəstək göstəriləcəyini bildirib.

Bu mövsüm Premyer Liqaya qayıdan “Şəfa” 12 turdan sonra 5 xalla turnir cədvəlinin 11-ci pilləsində yer alıb.