QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyəti Keçili kəndində ayı görüldüyü barədə yayılan məlumatları təkzib edib.

Qurumun açıqlamasında bildirilib ki, noyabrın 26-da bir sıra KİV-də və sosial şəbəkə səhifələrində kənd ərazisində qonur ayının müşahidə edilməsi və yaşayış sahələrinə yaxınlaşması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil.

İcra hakimiyyəti media nümayəndələrini dəqiqləşdirilməmiş məlumatları yaymamağa, xəbərləri dərc etməzdən əvvəl rəsmi mənbələrdən yoxlamağa çağırıb.