QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin ölkəyə iqtisadi təzyiq göstərmək və blokada tətbiq etmək planlarının nəticə verməyəcəyini bəyan edib.

SEPAH-ın rəsmi nümayəndəsi Hüseyn Möhibi ABŞ Mərkəzi Komandanlığının İranın quru və dəniz ticarət yollarını məhdudlaşdırmaq təşəbbüsünü informasiya xarakterli addım kimi qiymətləndirib. Onun sözlərinə görə, bu tədbir Vaşinqtonun hədəfinə çatmasına şərait yaratmayacaq.

Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı İranın quru logistika xətlərini və Xəzər dənizindəki marşrutlarını izləmək, eləcə də məhdudlaşdırmaq məqsədilə xüsusi əməliyyat qrupu yaradıldığını açıqlamışdı.

Təşəbbüsün məqsədi sanksiya altındakı məhsulların, həmçinin ikili təyinatlı malların daşınmasının qarşısını almaqdır.