QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Şimali Koreyada 1948-ci ildə dövlət qurulandan bəri ilk dəfə milli bayrağın ölçü nisbəti dəyişdirilib.

Konstitusiyaya edilmiş düzəliş bayrağın görünüşünə toxunmayıb, lakin eninin hündürlüyünə nisbəti 1:1,65 müəyyən edilib. Ölkə təxminən 78 il ərzində bayrağı əvvəlki ölçülərlə istifadə edib.

Yenilənmiş konstitusiyanın 166-cı maddəsində bayrağın hündürlüyünün eninə nisbəti əvvəlki 1:2 göstəricisindən 1:1,65-ə dəyişdirilib.

Dəyişikliyin Şimali Koreya lideri Kim Çen Inın əvvəlki rəhbərlərin irsindən bütövlükdə imtina etmədən öz idarəçilik tərzini və milli kimlik anlayışını önə çıxarmaq cəhdinin bir hissəsi olduğu bildirilir.