QafqazNews Manset.az-a istinadən xəbər verir ki, “Uşaq Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Sumqayıt Musiqi Kollecində maarifləndirici tədbir təşkil olunub. Aylıq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan edilib.
Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı çıxışında Müvəkkilin uşaq hüquqlarının qorunması sahəsindəki fəaliyyəti, görülən işlər və mövcud müdafiə mexanizmləri haqqında danışıb.
Görüşdə yetkinlik yaşına çatmayanların törətdiyi hüquq pozuntuları və bu əməllərin hüquqi nəticələri də müzakirə olunub. Həmçinin uşaqların rəqəmsal mühitdə qarşılaşa biləcəyi təhlükə və risklər, eləcə də hüquq pozuntularının və digər riskli halların qabaqlanmasına yönələn preventiv üsullar barədə məlumat verilib. Tədbirdə kollecin 100-dən çox tələbəsi iştirak edib.
Sonda iştirakçıların sualları ətraflı cavablandırılıb.