QafqazNews Interfax-a istinadən xəbər verir ki, Şimali Osetiyada Voenno-Qruzinskaya (Rusiya-Gürcüstan) yolu bütün nəqliyyat növləri üçün açılıb.

Respublikanın Fövqəladə Hallar Nazirliyinin (ГУ МЧС) mətbuat xidməti bildirib ki, A-161 magistral yolu üzrə bütün avtomobil nəqliyyat vasitələrinin hərəkətinə 09.11.2026-ci il tarixində saat 15:15-dən etibarən, xüsusi əlavə qərara qədər icazə verilib.

Xatırladılıb ki, əvvəlcə yük maşınlarının hərəkəti Moskva vaxtı ilə 8 noyabr saat 19:00-dan etibarən xüsusi qərara qədər məhdudlaşdırılmışdı.

Voenno-Qruzinskaya yolu Rusiya ilə Gürcüstan və Ermənistanı birləşdirən yeganə quru marşrut hesab olunur.