QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Yardımlı rayonundakı Bilnə kənd orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov bu gün vəfat edib.
Məlumata görə, 55-56 yaşlarında olan direktor son günlər yüksək hərarət və digər ciddi sağlamlıq problemləri ilə üzləşib.
Bir neçə gün öncə Bakıya gətirilən Əsgərov əvvəlcə Neftçilər Xəstəxanasına yerləşdirilmək üçün aparılıb. Orada yer olmadığına görə o, paytaxtın özəl tibb müəssisələrindən birinə köçürülüb.
İlkin məlumatda bildirilir ki, müayinələr zamanı ona kəskin revmatizm diaqnozu qoyulub. Həkimlərin müdaxiləsinə baxmayaraq, Əsgərovun həyatını xilas etmək mümkün olmayıb.