QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Stiven Millerin noyabrın 9-dan Ağ Evin aparat rəhbəri vəzifəsini icra edəcəyini açıqlayıb.

Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib. O bildirib ki, administrasiyada aparat rəhbərinin müavini olan və ən yaxın məsləhətçiləri sırasında yer alan Miller yeni vəzifəsinə noyabrın 9-da başlayacaq.

Hazırda aparat rəhbəri olan Syuzan Uaylsın siyasi fəaliyyətlə bağlı qeyri-hökumət strukturunda başqa vəzifəyə keçəcəyi də qeyd olunub.

Donald Tramp oktyabrda Ağ Evin aparat rəhbərini dəyişmək niyyətində olduğu barədə yayılan məlumatları qəti şəkildə təkzib etmişdi.