QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Sumqayıtda marketlərdən birində yaşlı qadının çantasından pul kisəsi oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, çantasının açıq olduğunu görən naməlum şəxs qadını izləyib. Fürsət düşən kimi o, içərisində 1289 manat olan pul kisəsini götürərək hadisə yerindən uzaqlaşıb.

Sumqayıt polisi keçirdiyi tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş V.Nəzərovu müəyyənləşdirərək saxlayıb. O, ifadəsində oğurladığı pulu xərclədiyini deyib.

Faktla bağlı cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.