QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun Böyük Britaniyada milyonlarla funt sterlinq dəyərində daşınmaz əmlaka sahib olduğu iddia edilir.
Xaricdə yaşayan jurnalist Cavanşir Həsənli sosial media hesabında yazıb ki, 81 yaşlı Yaqub Eyyubov 2003-cü ildən, yəni 23 ildir Baş nazirin birinci müavini vəzifəsini icra edir. Onun sözlərinə görə, Orxan Eyyubov son 14 ildə İngiltərədə alış qiymətləri ümumilikdə 10 milyon funt sterlinqə çatan 17 daşınmaz əmlak alıb.
Həsənli bildirir ki, alqı-satqılar Orxan Eyyubovun benefisiarı olduğu “New Canada Capital Ltd” şirkəti üzərindən aparılıb. Jurnalistin paylaşdığı siyahıda Britaniya əmlak reyestrindəki qeydiyyat kodları və bəzi obyektlərin alış məbləğləri göstərilib:
- 19 High Street, Ashford – 340 min funt sterlinq (K596906); - 345 Upper Richmond Road West, London – 400 min funt sterlinq (SGL334743); - 212 Upper Richmond Road, Putney – 395 min funt sterlinq (154970); - 1 Horse Fair, Banbury – 2 milyon 200 min funt sterlinq (ON19304); - 2 Horse Fair, Banbury – 300 min funt sterlinq (ON19304); - 16 Market Square, Buckingham – 385 min funt sterlinq (BM278250); - 1 High Street, Banbury – 300 min funt sterlinq (ON214032); - 36 və 37 Market Place, Wisbech – 465 min funt sterlinq (CB130369); - 287 New Kings Road, London – alış məbləği açıqlanmayıb (LN61810); - 1–1A Camden Walk, London – qiymət barədə məlumat yoxdur (NGL876938); - Unit 2, 14 Norfolk Street, King's Lynn – 350 min funt sterlinq (NK272884); - 123 High Street, Sevenoaks – 317 min 500 funt sterlinq (K287740); - 37 Wigmores North, Welwyn Garden City – 336 min funt sterlinq (HD231446); - 18–20 The Drapery və digər vahidlər, Northampton – qiyməti açıqlanmayıb (NN268452); - 72 High Street, Winchester – 725 min funt sterlinq (HP472535); - 29–30 High Street, Windsor – qiyməti açıqlanmayıb (BK406820).
Cavanşir Həsənlinin məlumatında qeyd olunur ki, Windsor şəhərindəki sonuncu ünvanda yerləşən bina əvvəllər “Barclays Bank” tərəfindən istifadə edilib. Hazırda həmin məkanda “Indelibly Windsor” fəaliyyət göstərir.
Paylaşımda “New Canada Capital Ltd” şirkətinin 2026-cı il göstəricilərinə əsasən, idarə etdiyi aktivlərin ümumi dəyərinin 17 milyon funt sterlinqi keçdiyi də bildirilib.