QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Türkiyənin tanınmış teleaparıcısı Saba Tümer münasibətdə olduğu kişidə axtardığı xüsusiyyətlərdən danışıb. Onun şəxsi həyatı ilə bağlı səmimi və yumoristik açıqlamaları diqqət çəkib.

Tümer bu fikirləri Melis İşitenin aparıcılıq etdiyi “Zaten Şov” proqramında səsləndirib.

Aparıcı ideal partnyorunda beş xüsusiyyətin olmasını önəmli sayır. Onun fikrincə, münasibətdə əylənmək mümkün olmalı, kişi yumor hissinə sahib olmalı, yaxşı öpüşməli, xoş qoxmalı və yetərincə varlı olmalıdır.

Tümer şəxsi münasibətlərindən danışarkən ən uzun eşq macəralarının Xərçəng bürcündən olan kişilərlə yaşandığını bildirib. Bununla yanaşı, həmin bürcün nümayəndələri barədə zarafat da edib.

“Ən uzun münasibətlərim həmişə Xərçəng kişiləri ilə olub. Artıq onların necə şirin yalan danışdığını anlayacaq qədər təcrübəm var. Tövbə!” – deyə aparıcı söyləyib.

Flört etməyi xoşladığını deyən Tümer münasibətdə fiziki cazibənin və tərəflər arasındakı enerjinin xüsusi rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, insanlar arasındakı kimyəvi uyğunluğu süni yolla yaratmaq olmur.

Aparıcı indiki dövrdə münasibətlərdə səmimiyyətin azaldığını da qeyd edib. O düşünür ki, insanlar dostluqda və şəxsi münasibətlərdə getdikcə daha süni davranır, başqalarına özlərini göstərməyə çalışırlar.