QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, “Qalatasaray”ın futbolçusu Leroy Sanenin sevgilisi Kendıs Bruk komanda üzvlərindən birinin sevgilisinin ötən il futbolçuya şəxsi mesaj göndərdiyini iddia edib. Brukun sözlərinə görə, həmin qadın Saneyə yaxınlaşmağa çalışıb.

Bruk bildirib ki, mesaj sosial şəbəkə vasitəsilə göndərilib. Hadisədən xəbərdar olduğunu deyən o, məsələni ictimailəşdirməyərək sakit qalmağa üstünlük verib.

Bruk futbolçunun və sevgilisinin adlarını açıqlamayıb. Onun sözlərinə görə, hər ikisi Türkiyə vətəndaşı deyil. Adları açıqlayacağı halda klubda ciddi qalmaqal yarana biləcəyini də qeyd edib.

“Leroya mesaj yazıb yaxınlaşmağa çalışan onun komanda yoldaşının sevgilisi idi. Ən təəccüblüsü isə buna görə böyük qalmaqal yaratmamağım oldu. Bir addımım bütün klubu ayağa qaldıra bilərdi. Ancaq sakit qalmağı seçdim”, – Bruk deyib.

O, həmin qadının ailəsinin və uşaqlarının olduğunu vurğulayıb, hadisəyə görə günahsız insanların və komandanın zərər çəkməsini istəmədiyini bildirib.

Brukun sözlərinə görə, adı açıqlanmayan futbolçu yaxşı insandır və o, başqa birinin davranışına görə həmin şəxsin ictimaiyyət qarşısında pis vəziyyətə düşməsini arzulamır.