QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər etmək məqsədilə yola çıxıb. Onu səfər zamanı həyat yoldaşı Əminə Ərdoğan müşayiət edir.
Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı, eləcə də digər rəsmilər daxildir.
Səfər proqramında Qarabağda Azərbaycan Prezidenti İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub.