QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, müğənni Elnarə Xəlilova xeyli çəki itirdiyini açıqlayıb.

Sənətçinin sözlərinə görə, hazırda çəkisi 68 kiloqramdır. O, həkim tövsiyələrinə uyğun qidalandığını və müntəzəm idmanla məşğul olduğunu bildirib.

Xəlilova hər həftə bir kiloqram arıqladığını deyib: “Hər həftə bir kiloqram arıqlayıram. Bu həftə 68 kiloqramam. Rejimdəyəm, həftədə iki dəfə idman edirəm. Qidalanmamda zülallı məhsullara üstünlük verirəm. Səhər iki yumurta yeyirəm, günorta və axşam isə toyuq və ət məhsullarından istifadə edirəm”.