QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Əməkdar artist Elza Seyidcahan bəzi xanım ifaçıların xarici görünüşü və sənətə münasibəti barədə fikirlər səsləndirib.
Müğənni “Kəşfet” verilişində qonaq olarkən bir sıra sənətçinin bir-birinə oxşamağa çalışdığını deyib. Onun sözlərinə görə, ifaçılar estetik əməliyyatlara və arıqlama iynələrinə üstünlük verirlər.
“Onlar musiqi məktəbində təhsil almayıblar, evdə də bu barədə onları yönləndirən olmayıb. Təsadüfən sənətə gəlib çıxıblar. Pulları yalnız bədənlərini əməliyyat etdirməyə çatır. İndi də iynə ilə arıqlamağa çalışırlar. Hamısının sifəti, yanağı, dodağı, kirpiyi, qaşı və bədəni eynidir. Onları üzdən yox, ancaq səsindən seçmək olur. Bəziləri muğamları və klassik mahnıları satır. Villaları, evləri var, amma yenə də gözləri doymur. Qovursan qapıdan, pəncərədən gəlirlər. Onlar üçün mahnı yazmağım üçün mənə 50 min verməlidirlər”, – deyə Seyidcahan bildirib.