QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında daha geniş atəşkəsə nail olmaq niyyətində olduğunu bildirib.

Tramp birinci xanım Melaniya Trampın iki ölkə arasındakı münasibətlərdə mühüm iş gördüyünü deyib. Onun sözlərinə görə, Melaniya Tramp çox sayda nüfuzlu şəxslə birgə çalışıb.

ABŞ Prezidenti qeyd edib ki, bu dəfə daha geniş miqyasda fəaliyyət göstəriləcək. O, şəhər və qəsəbələrdən insanların təxliyəsinin, ehtimal ki, onların həyatını xilas etdiyini vurğulayaraq, bunu atəşkəs adlandırıb və eyni addımın daha böyük miqyasda atılacağını bildirib.