QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, TRIPP layihəsinin icrasına rəsmi olaraq bazar ertəsi başlanacaq. Ermənistanın Baş naziri Nikol Paşinyan bunu sosial şəbəkə hesabında açıqlayıb.

Paşinyan paylaşımında “Məlum oldu ki, sabah bazar günüdür. TRIPP layihəsinin icrasına rəsmi olaraq bazar ertəsi start veriləcək” yazıb.

Ermənistanın Baş naziri daha əvvəl layihə üzrə işlərin noyabrın 22-də başlayacağını bildirmişdi.