QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Ağdam Şəhəri Günü münasibətilə klip yayımlanıb.

Xüsusi nümayəndəlikdən verilən məlumatda bildirilir ki, milli musiqinin tanınmış sənətkarları uzun müddət Ağdamdan kənarda yaşasalar da, ifalarında şəhəri və onun musiqi ənənələrini yaşadıblar.

Məlumatda qeyd olunur ki, bu dəfə sənətçilər Ağdamda çıxış edib, şəhər üçün oxuyublar. Ağdam Şəhəri Günü çərçivəsində “Ağdam üçün oxu” layihəsində səslənən ifalar doğma şəhərə sevgi və bağlılığı, eləcə də qayıdışı musiqi vasitəsilə ifadə edib.

Bildirilib ki, Ağdam yenidən qurulur və öz ruhuna, səsinə, musiqisinə qovuşur. Layihənin ərsəyə gəlməsində iştirak edənlərə təşəkkür edilib.