QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Akyaka valisi İsmayıl Dəmirtaş Qars Vilayət Şurasının sədri Fuat Arslanla birlikdə Türkiyə-Ermənistan sərhədindəki dəmir yolu sahəsinə baxış keçirib.
Onlar ərazidə davam edən işləri yerində yoxlayıblar. Dəmirtaş tikintini həyata keçirən şirkətin nümayəndəsindən layihənin hazırkı vəziyyəti, görülən işlər və proqramın icra mərhələsi barədə məlumat alıb.