QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülərə başsağlığı ünvanlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Həsənov başsağlığı mesajında Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması və dörd hərbçinin həlak olması xəbərinin onu dərindən kədərləndirdiyini bildirib.
O, həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyib, onların yaxınlarının dərdinə şərik olduğunu qeyd edib və ailələrinə dərin hüznlə başsağlığı verib. Mesajı “Allah rəhmət eləsin” sözləri ilə tamamlayıb.
Xatırladaq ki, ötən gün Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonundakı Samanköy ərazisində S-70 tipli hərbi helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində dörd hərbçi həyatını itirib.