QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, “Azərlotereya” ASC yeni “Poz-Qazan” biletlərini satışa təqdim edib. Bunlar Yeni il üçün məhdud sayda buraxılan “2027” və “Piramida” oyunlarıdır.
“2027” oyununda iki biletin hər biri 75 min manatlıq ən böyük uduş imkanı verir. Bundan başqa, 50 biletə 1 000 manat düşür. Ümumilikdə satışa 1 milyon 500 min bilet çıxarılıb, onların 384 452-si uduşludur. Oyunda uduş fondunun həcmi 2 milyon 970 min manatdır.
“Piramida” oyununda iki bilet üzrə 50 min manat, daha iki bilet üzrə isə 10 min manat qazanmaq mümkündür. Yüzlərlə başqa biletə də müxtəlif məbləğlərdə pul mükafatı düşür. Beş milyon biletin 1 247 145-i uduşludur, ümumi uduş məbləği 6 milyon 599 min 640 manat təşkil edir.
“Azərlotereya”nın digər “Poz-Qazan” oyunlarında 500 min manatadək uduşlar nəzərdə tutulub. Biletləri Azərlotereya.com və Misli.az saytlarından, “Azərlotereya” və “Misli” satış məntəqələrindən, “Araz”, OBA və “AL Market” mağazalarından, eləcə də başqa mağaza və köşklərdən əldə etmək olar.