QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Türkiyənin Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə zəlzələ qeydə alınıb.

Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yerli vaxtla saat 15:28-də baş verən yeraltı təkanların ocağı 15,35 kilometr dərinlikdə yerləşib.