QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Türkiyə NATO-nun yüksək komandanlıq sistemində daha geniş rol əldə edib. Ölkənin silahlı qüvvələri alyansın hərbi fəaliyyətlərinə verdiyi töhfə ilə mövqeyini gücləndirib.
Türkiyə Milli Müdafiə Nazirliyinin TBMM-yə təqdim olunacaq büdcə sənədində quru, dəniz və hava qüvvələrinin NATO əməliyyatlarında iştirak etdiyi qeyd olunub.
Türkiyə 2024-cü ildən NATO-nun Qara dəniz üzrə İşçi Qrupunun komandanlığını həyata keçirir. Ankara 2028-ci ilin ikinci yarısından Aralıq dənizi və Egey dənizində fəaliyyət göstərən daimi dəniz tapşırıq qruplarından birinə rəhbərlik etməyi nəzərdə tutur.
Sənəddə həmçinin NATO-nun komandanlıq strukturunda türk hərbçilərinin təmsilçiliyinin artdığı bildirilir. General və admirallar üçün ayrılan vəzifələrin sayı 9,5-dən 14-ə çatıb.