QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Türkiyənin keçmiş ailə və sosial siyasətlər naziri, AKP sədrinin sabiq müavini Fatma Betül Sayan Kaya həbs olunub. Qərar bəzi investisiya fondları və şirkət səhmləri ilə əlaqəli şübhəli əməliyyatlarla bağlı cinayət işi üzrə verilib.
İstintaq davam edərkən Kaya və həyat yoldaşı İlyas Kaya prokurorluğa ifadə verməyə çağırılıblar. İddialara əsasən, Fatma Betül Sayan Kaya AKP sədr müavini olduğu müddətdə həmin əməliyyatlar vasitəsilə təxminən 2,2 milyard TL əldə edib.
Prokurorluq sabiq nazirin “cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olma” və “Kapital Bazarları Qanununu pozma” ittihamları ilə həbsini istəyib. Kaya bu ittihamlarla hakim qarşısına çıxarılıb və onun barəsində həbs-qətimkan tədbiri seçilib.
İş üzrə İlyas Kaya və Qiymətli Kağızlar üzrə Şuranın (SPK) keçmiş rəhbəri İbrahim Ömer Gönül məhkəmə nəzarəti altında sərbəst buraxılıblar.