QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Astarada 16 yaşlı Mehman Ədilov (ad və soyad şərtidir) atasının bank kartlarından müxtəlif vaxtlarda ümumilikdə 2 286 manat götürüb və həmin pulları onlayn qumara xərcləyib.

Hadisə ilə bağlı cinayət işi açılıb. Məhkəmədə təqsirləndirilən şəxs əməlini qəbul edib, peşman olduğunu və atası ilə barışdığını deyib. O, bu halları nəzərə alaraq daha yüngül cəza təyin edilməsini istəyib.

Zərərçəkmiş ata da oğlu ilə barışdığını və ondan şikayətçi olmadığını bildirib.

Məhkəmənin qərarı ilə M. Ədilov bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.