QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Ukrayna müharibənin 1727-ci günü üzrə Rusiya ordusunun itkilərinə dair məlumatı yeniləyib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Açıqlamaya əsasən, indiyədək Rusiya 1 625 420 hərbçi, 12 480 tank və 25 807 zirehli döyüş maşını itirib. Həmçinin 52 464 artilleriya sistemi, 2 278 reaktiv yaylım atəş sistemi (RYAS) və 1 762 hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb.

Məlumatda Rusiyanın 452 hərbi təyyarə, 356 helikopter, 3 166 yerüstü robot-texnika kompleksi və 610 376 pilotsuz uçuş aparatı (PUA) itirdiyi bildirilir.

Bundan başqa, 175 930 avtomobil texnikası, 5 192 qanadlı raket, 35 gəmi və kater, 2 sualtı qayıq, eləcə də 4 909 xüsusi avadanlıq itkisi qeydə alınıb.