QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Kolumbiyanın mərkəzindəki Meta departamentinin inzibati mərkəzi olan Vilyavisensio şəhərində dünən gecə qubernatorluq binasının yaxınlığında bomba yüklü avtomobil partlayıb.

Hadisə nəticəsində 21 nəfər yaralanıb. Zərərçəkənlərdən beşi təhlükəsizlik əməkdaşıdır.