QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Macarıstanın Baş naziri Peter Madyar Zakarpatyaya səfər edib.
Hökumət başçısı səfərlə bağlı məlumatı “X” sosial şəbəkəsində paylaşıb. Madyar Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmağı, həmçinin macar icmasının nümayəndələri ilə görüşməyi planlaşdırır.
“Macarıstan-Ukrayna sərhədini keçib Zakarpatyaya gəldik. Tanrı həm vətəndə, həm də dünyanın hər yerində yaşayan bütün macarları qorusun!” – deyə Madyar yazıb.