QafqazNews Manset.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Şimali Amerika meşələrində yaşadığı iddia olunan “Biqfut” adlı sirli məxluqla əlaqəli sənədləri ictimaiyyətə təqdim edib.

Sənədlərdə ovçuların maralların naməlum məxluq tərəfindən aparıldığı barədə ifadələri yer alıb. Həmçinin bir polis əməkdaşının aşkar etdiyi, uzunluğu 30 santimetrdən artıq olan yüzlərlə ayaq izinin təsviri sənədlərə daxil edilib.

“Fox News” telekanalının aparıcısı Cessi Uotersin diqqətə çatdırdığı materiallarda ovçuların naməlum məxluqla qarşılaşdıqlarına dair iddiaları və onun nəhəng ayaq izləri barədə dedikləri əksini tapıb.