QafqazNews Manset.az-a istinadən xəbər verir ki, ABŞ-nin Havay adasında yerləşən Kilauea vulkanında yeni püskürmə qeydə alınıb. Hadisə zamanı lava 200 metrədək yüksəlib.
Dünyanın ən fəal vulkanları sırasında göstərilən Kilaueanın 23 dekabr 2024-cü ildən bəri 57-ci püskürməsi səhər saatlarında baş verib. Havaya atılan lava axınlarının hündürlüyü 200 metrə çatıb, püskürmə isə təxminən altı saat sürüb.
Kilaueada hazırkı püskürmə dövrü 23 dekabr 2024-cü ildə başlayıb. Vulkanın əvvəlki püskürmələrinin əksəriyyəti bir gündən az davam edib.
2018-ci ildə təxminən üç ay sürən püskürmələr nəticəsində vulkan ətrafında 700-dən çox ev dağılıb.