QafqazNews Manset.az-a istinadən xəbər verir ki, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycanlı azarkeşlərin Lamin Yamalı görmək istəyəcəyini, buna görə də onların məyusluğunu anladığını bildirib.
O, bunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Barselona” ilə Bakıda keçiriləcək oyun ərəfəsində təşkil olunan mətbuat konfransında deyib.
“Yamal dünya futbolunun ikonalarından biridir. Onu burada görmək yaxşı olardı. O, gəncdir. Başa düşürəm ki, futbolçuların hər oyunda meydana çıxması mümkün deyil. Bu, “Barselona”nın baş məşqçisi üçün problem sayılmır, çünki komanda superulduzlardan təşkil olunub. Heyətdə həm Çempionlar Liqasında, həm də İspaniya çempionatında eyni səviyyədə oynaya bilən çoxlu futbolçu var. Biz əlimizdən gələni etməyə çalışacağıq. Qarşımızda dünyanın ən yaxşı oyunçularını görəcəyik. Onların hər biri ayrılıqda superulduzdur”, – Dambrauskas söyləyib.
“Sabah” – “Barselona” qarşılaşması sabah saat 21:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.