QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Barselona” ilə keçiriləcək görüşdən öncə komandasının meydana çıxıb oyundan zövq almalı olduğunu deyib.

Dambrauskas rəqibi yaxşı tanıdıqlarını bildirib. Onun sözlərinə görə, “Barselona”nın Avropa futbolundakı nüfuzu məlumdur və belə komandanın oyununda boşluq tapmaq məşqçi üçün çətindir. Bununla belə, rəqib müdafiədə müəyyən imkanlar verə bilər. “Biz hərtərəfli oyun nümayiş etdirərək azarkeşlərin qarşılaşmadan zövq almalarına çalışmalıyıq”, - deyə o bildirib.

Baş məşqçi azərbaycanlı azarkeşlərin Lamin Yamalı görə bilməyəcəklərinə görə məyus olduğunu söyləyib. O, gənc futbolçularının da Yamalı görmək istədiklərini qeyd edib. Dambrauskasın fikrincə, Yamalın yoxluğu Hans Flik üçün problem yaratmayacaq, çünki “Barselona”nın heyətində çoxsaylı ulduz futbolçular var.

“Sabah” – “Barselona” oyunu noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 21:45-də başlayacaq.