QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasında şəkərli diabet xəstələrinin dövlət hesabına verilən dərmanları əldə etməkdə çətinlik çəkdikləri bildirilir. Tibb müəssisəsindəki növbə sıxlığı da narazılığa səbəb olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, şəkərli diabet xəstələri üçün dərmanların paylanması müəyyən olunmuş qrafikə əsasən, kəndlərdə fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzləri (ASM) arasında növbəli şəkildə aparılır.
Qurumun açıqlamasında qeyd edilib ki, müraciətlərin çox olduğu bəzi günlərdə xidmətə düşən yük artır və sıxlıq yaranır. Vətəndaşların onlara ayrılmış günlərdə müraciət etməsinin xidmətin daha çevik və səmərəli qurulmasına kömək edəcəyi vurğulanıb.
TƏBİB hazırda xidmət keyfiyyətini yüksəltmək, gözləmə vaxtını azaltmaq və dərman təminatını təkmilləşdirmək üçün optimallaşdırma tədbirlərinin davam etdiyini bildirib.