QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, “Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev “Barselona” ilə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turu matçından əvvəl komandasının qarşılaşmaya hazırlığı barədə danışıb.
O, kataloniyalılarla layiqli mübarizə aparmaq niyyətində olduqlarını bildirib: “Mənim üçün burada Özbəkistandan gələn jurnalistləri görmək sevindirici haldır. Sabah çox maraqlı görüş olacaq. Çalışacağıq ki, əlimizdən gələnin ən yaxşısını edək”.
Raxmonaliyev qeyd edib: “Biz sabahkı oyunda əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
“Sabah” və “Barselona” noyabrın 25-də Bakı Olimpiya Stadionunda qarşılaşacaq. Matç saat 21:45-də başlayacaq.