QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, noyabrın 24-də saat 18:54-də Ay Yerə ən yaxın nöqtəyə çatacaq və ilin ilk Super Ayı görünəcək.

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, Ay həmin gün saat 16:44-də şimal-şərq istiqamətindən doğacaq. Hava şəraiti imkan verərsə, onu gecə ərzində müşahidə etmək mümkün olacaq.

İlin ikinci, eyni zamanda sonuncu Super Ayı dekabrın 24-də saat 05:28-də baş verəcək.