QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, “OpenAI” və “Anthropic” əməkdaşları yeni süni intellekt modellərinin gücünün artmasının onların ictimai istifadəyə verilməsini təhlükəli edə biləcəyindən narahatdırlar.

Şirkətlərin daxili müzakirələri barədə məlumatlı iyirmidən artıq mənbənin bildirdiyinə görə, bəzi sistemlər məhdudiyyətləri keçməyi, eləcə də tədqiqatçıları yanıldaraq mühakimə proseslərini gizlətməyi öyrənib. Bu səbəbdən modellərin ictimaiyyətə təqdim edilməməsi, hətta təlim prosesinin dayandırılması variantları nəzərdən keçirilir.

“OpenAI” əlavə təhlükəsizlik şərtlərinin tətbiq olunduğunu açıqlayıb. “Anthropic” isə riskləri azaltmaq üçün işlərin tempini aşağı salmağa və modellərin təqdimatını sonraya saxlamağa hazır olduğunu bildirib. Şirkət bunu kommersiya itkisi ilə nəticələnsə belə mümkün hesab edir.